Namazı başqa bir videoda gördüyüm kimi qılmaq istəyirəm...
Salam aleykum. Bütün ibadətlərin, yaxşı əməllərin qəbul olunması üçün iki şərt var. Birincisi, ibadəti yalnız Allah üçün etmək, ikincisi isə, Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi etmək. Allah Rəsulunun öyrətdiyindən kənar, dində yeni şeylər etməyə bidət deyilir. Bidət isə ən böyük günahlardandır. Peyğəmbər demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim, Əhməd, 1/435 və başqaları).
Həmçinin demişdir: "Hamıdan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə hovuzdan su içər, ondan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcəyəm. Mənə belə deyiləcək: “Sən bilmirsən, onlar səndən sonra nə yeniliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsunlar” - deyəcəyəm". (Buxari, 6583; Muslim, 2290)
Ona görə də, din adından danışan hər kəs səhih dəlillərə, yəni Quran və səhih hədislərə əsaslanmalıdır. Bu video da səhih hədislər əsasında hazırlanmışdır. Həmçinin oxuyun:
Bidət nədir?
Sünni və şiə nədir və hansı düzgündür?
Namaz qılmaq videosu