Namazı əvvəl öyrəndiyim kimi qıla bilərəmmi?
Va aleykumus-Sələm. Heç bir halda namazı saxlamaq, tərk etmək, bir müddətlik fasilə vermək olmaz. Ən doğru yol və namaz Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yolu və onun qıldığı kimi qılınan namazdır: "(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali-İmran, 31). Ona görə də namazı Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin (Allah onlardan razı olsun) qıldığı şəkildə qılmaq lazımdır. Çünki, ibadətin qəbul olunmasının şərtlərindən biri də onu Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) etdiyi kimi etməkdir. Allah Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın". (Buxari, 631).
Namazın səhih hədislərə əsasən qılınma qaydasını saytımızdakı NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz. Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) möhürlə, əliaçıq namaz qılmamış, zəruri hallar və ehtiyac olmadıqca namazlarda qunut tutmamış və başqalarına da bunları əmr etməmişdir. Bu haqda səhih mənbələrdə də heç bir məlumat yoxdur. Həmçinin, oxuyun:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Hansı məzhəb düzgündür?