Ramuz əl-Hədis səhih kitabdırmı? Əhli-Sünnə və sələfi eynidirmi?

    09.11.2015
Sual: 
esselamu aleykum va rahmetullahi va beraketuhu. Allah sizleri faydali elmle faydalandirsin. 1) ramuz el hadis. bu ehli sunnede sehihdirmi? Umumiyyetle bu hansi mezhebde olub. Hedislerinden faydalanmaq olar? 2) men ele bilirdim ehli sunne va camaat ve selefi eyniyik. Mene dediler yox ehli sunne basqadi selefi basqa. Axi mence eynidi. Biri sunne ehli demekdi selefi ise kecmisdekiler. Eyni mena kesb elemir? Yoxsa ayridi? 3) yas yerinde evde baba nene ve s. Dunyasini deyisibse 3de 7sinde yaxud 40 da bisirilen yemekler yeyilmir bilirem. Bes hemin yasda qogal, meyve pendir yemek olar? 4) bideki 3 ruketli vitr namazini megrib namazindan ferqlendirmek ucun 2ci ruketde salam verib sonra ayaga durub subhaneke..... Duasini, fatiheden basqa bir sure deyirik??? Yoxsa ayaga durub tekce fatiheni deyib sonra namazi yekunlasdiririq?? essalamu aleykum va rahmetullahi va beraketuhu.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu.

  1. "Ramuz əl-Hədis" kitabındakı hədislərin mənbəsi yazılmadığına görə, bu kitab səhih kitablardan sayılmır. Çünki, arasında zəif və uydurma hədislərin olmasını mənbə olmadığına görə müəyyən etmək olmur. Xüsusilə dində elmli olmayanlara bu kitabı oxumaq məsləhət deyil.
  2. Bu cavabı oxuyun: Sünni və sələfi nə deməkdir?
  3. Çəkinsəniz daha yaxşıdır. Bu haram hökmündə deyil. Həmçinin, bu cavabı da oxuyun: Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
  4. Vitr namazını üç rükət şəklində qıldıqda, ikinci rükətdə təşəhhüdü oxumadan üçüncü rükətə qalxıb Fatihə surəsindən sonra başqa bir surə oxumaq, sonra ruku, sonra səcdələr, sonra təşəhhüd sonra da salamlarla namazı bitirmək lazımdır.
Paylaş: