1 aydır ki, namaz qılmırdım, yenidən başlamağa necə özümdə təpər tapım?

    21.09.2015
Kimdən: 
Hicran
Sual: 
salam.men artiq 1 aydirki amazimi saxlamisam ve qilmiram.amma bu meni daxilen cox narahat edir.demek olarki her deqiqe aglimdaki odurki men namazimi yene baslayim qilim amma nedense sanki ozumde teper tapa bilmirem.men aileliyem ve tez tez demek olarki her gun qusl almaq cetin olur mene namazimi da saxlamagin sebebi bu olub.amma yenede baslamaq isteyirem bunun ucun ne etmeyiyem tovbe edib baslamayiyam yoxsa nece xais edirem mene meslehet verin
Cavab: 
Aleykum salam. Namaza başlamaq və istənilən bir xeyirli əməli etmək istəyərkən şeytan insana vəsvəsə verərək bu əməldən çəkindirməyə çalışır. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir". (əl-Həcc, 52).
Ona görə də, şeytandan Allaha sığınaraq ("əuzu billəhi minəş-şeytanir-racim" deyərək) namaza başlayın. Allaha dua edirik ki, namaza başlamağı sizə asanlaşdırsın və peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vəsf etdiyi bu qadınlardan olmağı sizə nəsib etsin: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər". (İmam Əhməd 1661, əl-Albani "həsən" deyib).
Cənabət qüslunu almaq isə bir neçə dəqiqə çəkməlidir və saçlar tam islanmasa da, başa 3 dəfə su tökmək kifayət edir. Soyuq və xəstəlik qorxusu olduqda isə təyəmmüm almaq olar. Həmçinin oxuyun:
Təyəmmüm etməyin qaydası
Qadınlar qüsl alanda saçlar nə dərəcədə islanmalıdır?
Teqlər: 
Paylaş: