Ruqyə adlanan müalicə varmı?
Sual:
Essalamu Aleykum Va Rahmatullahir Va Barakatuh. Allah rzasi ucun sualimi cavablandirardiz. Men usagligimdan beri xesyelim var bir balaca soyug olan kimi xestelenirdim.ve nefes catismamazligi olurdu boyuduyce daha da artdi ve men derman istifade etmeye basladim nefes acici. Ve baglanmisdim ona.soram bir gun ruqye dediler oxut.ve bidefe ruqye oxuyan tapib oxutdug ve o mene mualiceye basladi.4-5 ay cekdi mualice bu sirada meni evden bayira cixmaga, qohumlara getmeye hec yere qoymadi. Cox eziyyetli kecdi bu gunler.bele mualice novu varmi? Men o dermanlardan qurtuldum.soram mualicede dayandi ama 1 ay varki yene baslayib.nefesim tutulmaga.ve hemin adama yene muraciet etdiy ve o bu sefer gelende meni yeni cinleri dindirmeye basladi. Ve cixartmaq qerarina geldi. Men indi ne etmeliyem Allah rzasi ucun yardim edin bele mualice novu varmi? Duzgundurmu?
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Bəli, ruqyə adlanan müalicə var, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) və onun səhabələri də ruqyə ilə müalicə etmişlər. Sizin də ruqyə etdirməyinizə və ya özünüzə ruqyə oxumanıza ehtiyac var. Amma ruqyə olunan insanın aylarla evindən çıxmasına qadağa qoymaq düzgün deyil. Günah, fitnə olmayan yerlərə getməyinizin heç bir ziyanı yoxdur. Həmçinin, imkan varsa, sinənizdən qan aldırın. Həmçinin, oxuyun:
Ruqyə necə oxunur?
Cadudan necə qorunmaq olar?
Hicamə - qan alma ilə müalicə