Namazda əlləri bağlamaq haqda dediyiniz surədə başqa şey yazılıb
Sual:
Salam aleykum. Bu saytda məqalə oxudum. Namazda.əlləri bağlamaq haqda Kövsər surəsinin 2 ci ayəsində başqa şey yazılıb. Sizin saytdakı Quran da başqa şey yazılıb. Məndədə Quranın azərbaycanca tərcüməsi var, Əlixan Musayevindir, ordada belə bir şey yazılmıyıb.
Cavab:
Və aleykum Salam. Kövsər surəsinin ikinci ayəsində deyilir: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" Bəzi təfsirlərdə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunur ki, bu ayə namazda əlləri bağlamağa dəlildir. Çünki, qurban kəsəndə heyvanın əlləri çarpaz bağlanılır. Ayədə də deyilir: "...namaz qıl və qurban kəs". Yəni, qurbanlıq heyvan Allaha necə qurban verilirsə - əlləri çarpaz vəziyyətdə - sən də namazda əlləri çarpaz tutaraq Rəbbinə namaz qıl. Həmçinin, namazda əllərin qoyuluşu barəsində bir çox hədislər vardır. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?