Namazda təşəhüddə yel çıxsa, namaz pozulurmu?

    04.12.2015
Kimdən: 
Əli
Sual: 
Salam Aleykum və rəhmətullahi və bərəkətuh. Mənə bir insan deyib ki, əgər namazda axırıncı rükətdə təşəhhüddə oturanda hava çıxsa namaz pozulmur. Bu doğrudur mu? Əvvəlcədən çoxsağolun.
Cavab: 
Və aleykum Salam və rəhmətullahi və bərəkətu. Namazın sonunda salam verməmişdən qabaq hər hansı yerdə dəstəmaz pozulsa, namaz batil olur və həmin namazı yenidən dəstəmaz alıb qılmaq lazımdır. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137). Lakin, yelin çıxdığına əmin olsanız, iy və səs hiss etməsəniz belə dəstəmazınız pozulur. Daha ətraflı: 
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
Dəstəmazı və namazı batil edən hallar
Paylaş: