Cahil vaxtlarımda haqqına girdiyim insanlardan hallallıq almalıyammı?
Sual:
Es Salam Alekum...1.Men Cahillikde bir nece insanin haqqina girmisem(mes:qeybet,soyussoymek ve,s:)indi halalliq almaq vacibdimi? 2.Namaz qilmayan adamla"rla her hansi bir meseleye gore kusulu qalmaq ne qeder duzdu?ve muselman 3gunnen artiq kusulu qalmamalidir hedisini buna aid etmek olarmi?
Cavab:
Və aleykum Salam.
- Haqqına girdiyiniz insanların haqlarını bərpa etmək lazımdır. Bu əməllərdən tövbə ilə yanaşı haqlarına toxunduğunuz insanlardan halallıq almalısınız. Bu mümkün olmasa onlar üçün Allaha xeyirli dualar etmək lazımdır. Əgər kimin haqqına girdiyiniz yadınızda deyilsə, bu əməllərə qayıtmamaq şərtilə tövbə etmək kifayətdir. Daha ətraflı: Haqqına girdiyin insanlardan halallıq almaq barədə
- Cahil insan özünü İslama isnad edir, özünü müsəlman sayırsa, artıq müsəlman sayılır. "Üç gündən artıq küsülü qalmaq halal deyil" - hədisi isə bütün müsəlmanlara aiddir. Həmçinin, oxuyun: Küsmək barəsində