Qüsl əvəzinə təyəmmüm, sonrakı namazda da dəstəmaz almaq olarmı?

    20.12.2015
Kimdən: 
gunahgar bendeden
Sual: 
salamun eleykum eger yuxuda boyununa qusul gelse subh namazin vaxdina qusul vermeye vaxt olmasa teyamun edilmelidi? qusul evezine sora teyamunen sora desdnamaz alinmalidi?
Cavab: 
Və aleykum Salam. Təyəmmüm həm qüslu, həm də dəstəmazı əvəz edir. Birinci dəfə təyəmmüm aldıqdan sonra namaz qılınır. Sonrakı namazda hələ də qüsl almaq imkanı yoxdursa, amma dəstəmaz almaq imkanı varsa, dəstəmaz alınır. Əgər dəstəmaz almaq imkanı da yoxdursa, dəstəmaz üçün təyəmmüm alınır və namaz qılınır. Çünki, təyəmmüm həm də dəstəmazı əvəz edir. Beləcə su tapıb qüsl alana qədər davam edirsiniz. Uca Allah buyurur: "...su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6). Daha ətraflı:
Teqlər: 
Paylaş: