Namaz qılıb hicab geyinməmək olarmı? Namazda "Allhummə salli..." duası nə vaxt deyilir?

    20.12.2015
Kimdən: 
Ayos
Sual: 
Men namaz qiliram amma hicab taxmiram olar?bir de ki men xalamqizinda oyrenmisem ki subh namazinda 1 ruket Isa namazinda1ruket elave namaz qilmaq olar. Bu duzgundur. Etmisem amma etmesem olar 3)namazda allahume salli hissesi ne vaxt deyilir men 4ruketli namaz qilanda 2ruketde allahume salli hissesi Deyirdim L
Cavab: 
Salam aleykum. 1. Hicab geyinmək yetkinlik yaşına çatan hər bir qadına vacibdir. Daha ətraflı:
Namaz qılıb hicab bağlamamaq haqqında
Hicab - azadlıqdır!
2. Əlavə namazlar Sübh və İşa namazlarında bir rükət deyil, sayı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) tərəfindən müəyyən edilmiş namazlardır.Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh nama­zından əvvəl”. (Tirmizi, 415). Bu namazlar könüllüdür. Bunları qılmayana günah yoxdur. Daha ətraflı: Nafilə namazlar haqqında
3. Namazda "Allahummə salli..." duası təşəhhüddə oturarkən deyilir. Bir rəyə görə yalnız son rükətdə, digər rəyə görə isə həm 2-ci, həm də sonuncu rükətdə deyilir. Daha ətraflı: Namaz qılmaq qaydası - VİDEO
Teqlər: 
Paylaş: