Yolunu azmış qadını pis yoldan döndərmək və onunla yaşamaq haqqında
Sual:
Salam men qadinla yawayiram 4ildi Evvel pis yollarda olub Pis yoldan cekindirmisem 1usagida var helede onunla bir yerdeyem Bilmey isderdim ki duzgun edirem
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir". (ən-Nur, 3). Qadının təkcə bu əməldən çəkinməsi yox, həm də ürəkdən tövbə etməsi vacibdir. Bu halda onunla ailə qurmaq olar. Lakin, qaydalara uyğun kəbin kəsdirilməlidir. Əks təqdirdə kəbin olmazsa, o qadın zinadan tövbə etsə də, sizin bir yerdə yaşamağınız özü də zina sayılır. Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları
Zinadan necə tövbə etmək olar?
Nikah bağlamağın qaydaları
Zinadan necə tövbə etmək olar?