Qəlbimdə "istədiyin olmayacaq" demək nə ilə bağlıdır?
Və aleykum Salam. Yazdıqlarınızın hamısı vəsvəsə ilə əlaqədardır. Vəsvəsənin müalicəsi ona fikir verməməkdir. Çünki, vəsvəsəyə fikir verdikdə artır və vəziyyət daha da pis olur. Quran oxunmasına çoxlu qulaq asın və özünüzü Quranla müalicə (ruqyə) edin. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Ruqyə (Quranla müalicə) necə oxunur?
Həmçinin, qəlbinizə gələn belə pis fikirlərə əhəmiyyət vermək lazım deyildir. Çünki, dilə gətirmədikcə günah qeydə alınmır. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurdu: "Əgər qulum bir yaxşılıq etmək qərarına gəlsə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən (ona) bunun on mislində savab yazaram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bundan vaz keçərsə, Mən onun (bu pis) niyyətini bağışlayaram. Hərgah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yazaram". Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mələklər dedilər: "Ey Rəbbimiz! Sənin bu qulun günah iş etmək istəyir". Allah onu hamıdan yaxşı gördüyü halda (mələklərə) buyurdu: "Ona nəzarət edin! İşdi, bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir". Həmçinin, Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər". (Muslim, 129). Həmçinin oxuyun:
Pis şeylər fikirləşirəm, bu əsəb xəstəliyi ola bilərmi?