Hökümətdən haqqını tələb etmək olarmı?

    28.03.2016
Kimdən: 
Nala
Sual: 
Salam aleykum , hokumetden haggini teleb etmek olar ? Ve ya onun pis rehber olmasini demek olar ? Birde kicik suallarim var ,bezei yazilanlarda deyirler yuxu desdemazi pozur , bezen derin yuxu desdemazi pozur deyirler . Herden cox yorgun vaxdimda namazlar arasi 5ya da 3 degide gozumu yumyb murgu edirem . Bu desdemazi pozur ? Birde desdemaz aldigdan sonra corab geyindikde 24 saat corabin usdunden mest cekmek icazelidir . Herden bilmeden paltari deyiserken corab ayagdan cixir . Ondan sonra desdemaz alarken ayaglar yene yuyulmalidir ? Allah razi olsun sizden !
Cavab: 

Və aleykum Salam.
1. Hansısa məmurunun özbaşınalığı haqqında uyğun dövlət qurumlarına şikayət etməkdə heç bir günah yoxdur. Amma mitinqlərə çıxaraq hakimin istefasını tələb etmək, devrilməsinə çalışmaq haramdır, çünki dinimizdə hakimə qarşı çıxmaq qadağan edilmişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Üzə­riniz­də hökm­ranlıq edən kəs başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin". (əl-Buxari, 7142).
Həmçinin buyurmuşdur: "Varlı və kasıb olduğunuz halda, xoşladığınız və xoşlamadığınız işlərdə, rəhbərlərə tabe olun. Hətta onlar sizə məxsus olan bir şeyi əlinizdən alsalar belə, rəhbərləri dinləyib onlara itaət emək sizə vacibdir". (Muslim, 1836). Bu kimi hədislərdə hikmət ondan ibarətdir ki, hakimiyyətə qarşı çıxmağın fitnə-fəsadı baş verən hansısa haqsızlıqların fitnə-fəsadından qat-qat böyükdür. Bunun əyani misalını günümüzdə baş verən hadisələrdən görmək olar. Qonşu müsəlman ölkələrində rəhbərə qarşı çıxmağın nəticəsində minlərlə insanın qanı axıdılıb, şəhərlər viran edilib, uşaqlar yetim qalıb, milyonlarla insan evlərindən didərgin düşüb. Dinimizə görə zülmə məruz qalmaq istəməyən birinci növbədə özü zülm etməməlidir -- Allahın və insanların haqlarına riayət etməlidir. Daha ətraflı: Ədalətsiz hakimə qarşı çıxmaq olarmı?
2. Əgər mürgülədikdə bir anlıq da olsa heç nə hiss etmirsinizsə və ətraf səsləri eşitmirsinizsə, dəstəmaz pozulmuş sayılır. Daha ətraflı: Dəstəmazı pozan amillər
3. Bu cavabı oxuyun: Corab üzərinə məsh etmək haqqında

Paylaş: