Corab üzərinə məsh etmək, testləri yaxşı yazmaq və s. suallar...
Və aleykum Salam.
1. Dəstəmaz aldıqda ayaqları yuduqdan sonra corab geyinsəniz, bir sutka ərzində nə vaxt dəstəmaz alsanız ayağınızı yumaq əvəzinə həmin corabın üzərindən məsh çəkə bilərsiniz. Həmin corabın üzərindən məsh çəkmisinizsə, bu corabı çıxartsanız dəstəmaz pozulmur. Lakin, növbəti dəstəmazı aldıqda ayaqları yumalısınız. Əgər dəstəmaz aldıqda ayaqlarınızı yusanız və corab geysəniz, bu dəstəmaz pozulmayanadək neçə dəfə istəsəniz o qədər corab çıxarıb başqa corab geyinə bilərsiniz. Çünki, sizin aldığınız dəstəmazda ayaq yuyulmuşdu və dəstəmazınız hələ pozulmamış bu corabı dəyişmisiniz. Həmçinin, günün istənilən vaxtında, yatmazdan qabaq dəstəmaz alanda ayaqlarınızı yuyub corab geyinsəniz, ayağınızda corab ola-ola yatsanız belə səhər yuxudan durduqda dəstəmaz alarkən corabınızın üstünə məsh edə bilərsiniz. Məsh çəkilmiş corabın çıxarılaraq başqa corabın geyilməsi isə mövcud dəstəmazı pozmur. Məshi pozan şərt isə corabın ayaqdan çıxması, topuğun görsənməsi, cənabətli hala düşməkdir. Həmçinin, oxuyun:
Corabın üstünə məsh etmək barədə
2. Bu cavabı oxuyun: Namazda təşəhüddə yel çıxsa, namaz pozulurmu?
3. Müsəlman bildiyi hər hansı bir dildə dua edə bilər. Bu cavabları oxuyun: