Hamamla ayaqyolu birlikdə olan yerdə dəstəmaz almaq olarmı?
Sual:
Salam.men namaza bawlamaq istirem Inwallah.ancag hecneyi behane elemekde istemirem.bir weyi bilmek istirem.men iwleyirem iw yerimde ise ayaq yolu hamam bir yerdedi yeni kanalizasiya iyi gelir cox berbat veziyyetdedi orda qusul ala bilerem ? ve yaxudda iwte qilmayib evde qilmag olar qezani? yeni bu ne derecede duzgundu olar olmaz.cunki hergun qezada etmek olmaz bu artiq namaz qilmasam eyni weydi.ne ede bilerem?
Cavab:
Və aleykum Salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, sizi din üzərində sabit etsin. Hamam ilə ayaqyolu birlikdə olan yerdə dəstəma ala bilərsiniz. Əsas üstünüzə nəcis dəyməsin. Oradan pis qoxunun gəlməsinin isə dəstəmaza zərəri yoxdur. Daha ətraflı: Dəstəmazı pozan amillər