Övlad olmadığına görə seyidə müraciət etmək olarmı?

    10.04.2016
Sual: 
Salam men 3 ildi aileliyem ne yoldasimda ne de mende bir problem yoxdu amma ovladimiz da olmur,hekimler sebebsiz sonsuzluq deyibler.Bacim menim ucun kitab acdirib deyibler hemzati var buna gore men kimese muraciet ede bilerem?Ozum namaz qiliram,oxumadigim dua qalmayib,bilmirem ne edim,Allaha tevekkul edirwm,amma bu soz de ureyimde qalib,bir seyid var deyibler ona muraciet et,bu dogrudurmu?
Cavab: 
Və aleykum Salam. Şübhəsiz ki, kitab açıb fala baxmaq və bu kimi əməllər haramdır və xeyir-bərəkəti olmayan əməllərdir. Əgər övlad məsələsində konkret bir problem tapılmırsa, bu halda İslam tibbindən olan ruqyə müalicəsi almaq olar. Xüsusən də əgər baş agrıları, boyun keyimələri, halsızlıq, əsəbilik, yuxuda diksinmək kimi hallar olursa, sehrdən qoruyan surə və ayələrə qulaq asmaq olar. Digər tərəfdən də gecənin üçdə bir hissəsində dua etmək və ayələrdə deyildiyi kimi çoxlu bağışlanma diləmək də faydalıdır. Həmçinin, oxuyun:
Quran açdırmaqla gələcəyi bilmək olarmı?
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Gecə namazı necə qılınır?
Cadudan necə qorunmaq olar?

Övlad duası olurmu?
Seyyid anlayışı doğrudurmu?
Paylaş: