Rusiyada yaşayıram, ətrafdakılar məni və övladımı sorğu-sual etdikləri üçün namaz qılmaya bilərəm?

    30.04.2016
Kimdən: 
dost
Sual: 
Allahin salami olsun sizlere xais edirem yardimci olun. men iki ildir ki namaza baslamisam ama basimi baglamiram ozum rasiyada yasadigima gore etrafimdakilarin maragina sebeb oluram qizimi mektebde sorguya tuturlar basi aciq namaz qilmam ne qeder duzgundur? 3 ovladim var 3 de korpedi ustelik allah omr versin xeste qayin atam var ona baxiram namazlarim vaxtinda catdirib qila bilmirem qezaya qalir.sizce menim namaz qilmam duzgundur.
Cavab: 
Və aleykum Salam. Övladlarınıza və xəstə qaynatanıza baxmanız savabı böyük olan əməllərdir, amma bunlar heç biri namazı əvəz etmir. Ətrafdakıların da münasibəti sizi namazdan yayındırmamalıdır. Allaha təvəkkül edərək namazları qılın və şərdən, fitnədən qorunmaq üçün çoxlu dua edin. Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər." (ət-Talaq, 3). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim evindən çıxarkən Allahın adı ilə, Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüvvət sahibi yoxdur- Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəh" deyərsə ona: "Hidayət edildin, qorundun və himayə edildin» deyilər. Bunun üzərinə şeytan digər bir şeytana: "Hidayətə yönələn, qorunan və himayə edilən bir kimsəni necə sapdırım?" deyər. (ət-Tirmizi, 3426; "Səhih ət-Tirmizi, 3/151). Daha ətraflı:
Namaz qılıb hicab bağlamamaq haqqında
Şərait olmadığı üçün namazları qəza etmək barədə
Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?
İmanı necə artırmaq olar?
Teqlər: 
Paylaş: