Etdiyim əmələ şübhə edirəm ki, etməmişəm, bu nədəndir?

    17.05.2016
Sual: 
Salam.mende nese edirem ozum ozumde suphe yaradiramki duz etmedim.meselen bugun zikr edirem sabah etmeyende elebilirem gunah edirem..bunlar nedendi ..tskler
Cavab: 
Və aleykum Salam. Zikrlər, əlavə namazlar və digər vacib olmayan əməllər könüllü edilən əməllərdir. Onları etməyəndə günah olmur. Lakin, imkan daxilində onları icra etməmək yavaş-yavaş imanınızın zəifləməyinə səbəbdir. Həmçinin, bir şeyi edib sonra onu etməməyinizdə şübhə yaranırsa, bu şeytan vəsvəsəsidir. Bundan qorunmaq üçün zikrləri çoxaldıb, Quran ayələrinə səsli şəkildə qulaq asmaq yaxşıdır. Daha ətraflı: 
Teqlər: 
Paylaş: