Namaz əsnasında ayaqyoluna getmək ehtiyacı namazı batil edir?
Sual:
namaz sirasinda tualet ehtiyacinin gelmesi namazi batil edermi? yeni namazi dayandirmaliyammi?
Cavab:
Salam aleykum. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yemək hüzurunda, böyük və kiçik subaşı sıxıntısında namaz qılınmaz". (Səhih Muslim, 560).
Ona görə bu hallarda namaz qılmaq bəyənilmir. Əgər imkan varsa bu hallardan azad olunandan sonra namaz qılınır. Əgər namaz əsnasında ayaqyoluna getmək şiddətli şəkil alıbsa, namazı dayandırıb, öz ehtiyacınızı ödədikdən sonra dəstəmaz alıb namazı yenidən qılmaq lazımdır. Həmçinin, oxuyun: Namazda bəyənilməyən əməllər hansılardır?