Hicabda cəlb edən rənglər hansılardır? Kişi öz ailəsinə görə sorğu-sual olunacaqmı? və s. suallar...
Və aleykum Salam.
1. Hicabda cəlb edən rənglər cəmiyyətdən cəmiyyətə fərqlənir. Elə cəmiyyət ola bilər ki, tam qara geyinmək diqqəti daha çox cəlb etsin. Həmçinin, elə cəmiyyət ola bilər ki, rəngli hicablar geyinmək diqqəti daha çox cəlb etsin.
2. Bəli, kişi öz ailəsinə görə haqq-hesab ediləcək. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayədardır və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, öz himayəsində olanlara cavabdehdir. Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir. Xidmətçi ağasının malına nəzarət edəndir və o, buna cavabdehdir. Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir.” (əl-Buxari, 893).
4. Məni ağ və qatı olur.
5. Peyğəmbərlərə adi insanlara verilən gücdən daha çox güc verilib.
6. Bu cavabı oxuyun: Namazdan sonra əlləri qaldırıb dua etmək olarmı?
7. Məzhəbindən asılı olmayaraq müəlliminiz nəyi düzgün deyir, buna əməl etmək olar. Həmçinin, oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
8. Qədr gecəsi çoxlu savab qazanmaq üçün fürsətdir. Bu gecədə namaz qılmaq, dua və zikr etmək, Quran oxumaq lazımdır. Lakin, namazı daim qılmaq lazımdır. Həmçinin, oxuyun: Dinimizdə namazı tərk etmək necə qarşılanır?