Müharibə olmayacağı təqdirdə namaza başlamağa niyyət etmək doğrudurmu?

    09.07.2016
Kimdən: 
ayten
Sual: 
salam size bir nece suallarim var 1)men mayin 5 muharibe olmasin ile baqli niyyet edim ki namaz qilacam ALLAHIN komeyi ile iyun1 baslayacam bele niyyetim gunahdimi,2)Namaz qilaraq hec kimin bilmemesiucun yalandan qilmiram demek gunahdirmi3)Qabaqlar tek cut sebire inanirdim amma onlardan sonraolan hadiseler duz cixir deye daha inaniram mene qismet cixanda ALLAHDAN bir isare kimi isteyirem ki qismetimdise cut sebir deyilse tek sebirle bildirsin heleki cixanlarda tek olur men gunah etmiremki bunu istemekle 4)turkler qildiqinmaz kimi qilacam yalnis etmirem ki 6) gundelik 5 namazdan basqa hansi namazlar var o haqda etafli melumat yazardiz onceden tewekkurler ALLAH her kesden razi olsun.
Cavab: 

Və aleykum salam.

  1. Namaz Allahın əmridir. Allahın əmrlərini isə hansısa şərt daxilində icra etmək, əks halda isə boyun qaçırmaq olmaz. Siz hər bir halda namaza başlayın və namazda səcdələrdə və salamlardan əvvəl istəkləriniz haqqında çoxlu dua edin, bu, duanın ən çox qəbul olunan məqamlarındandır.
  2. Əgər böyük fitnə çıxacağından qorxursunuzsa, namaz qıldığınızı gizlədə bilərsiniz, əks halda başqalarına bildirin ki, onlara da nümunə olsun.
  3. Bu cür əlamətlərə inanmaq böyük günahdır. Hansısa bir işə başlamazdan əvvəl istixarə namazı qılmaq lazımdır. Həmçinin oxuyun: Bəd əlamətlərə inanma!
  4. Namazı Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi qılmaq lazımdır. Bu video səhih hədislərə əsaslanaraq hazırlanıb: Namaz qılmaq qaydası
  5. Gündəlik 5 vaxt namazı qılmaq vacibdir. Bunlardan əlavə namazları qılmaq böyük savabdır, qılmayan isə günah qazanmır. Daha ətraflı: Nafilə namazlar hansılardır?
Teqlər: 
Paylaş: