Hərdən elə hiss edirəm ki, qəlbimdə iman yox olur...

    22.06.2016
Kimdən: 
Əli
Sual: 
Əs saləmu aleykum. Mən böyük günahlar etməsəmdə(zina, qumar, içki) ,nədənsə Allahın məni Cənnətə daxil edəcəyinə inanmıram. Məndə hərdən elə olurki, beynimdə özüm istəmədən, özümdən də xəbərsiz Allaha inam yox olur. Allahdan iman diləmişəm. Veribdə. Amma şeytanın vəsvəsələri məndən tam gedmir. Fikir verməsəmdə bir müddət, yenidən istənilən vaxt vəsvəsə ürəyimə dolur. Allaha hirslənirəm ki, O özü məni azdırır. Niyə Allah belə edir? Mən ki başqalarına baxanda Ona ibadət edirəm, bir xırda günah işlədən kimi istiğfar diləyirəm.Amma başqaları heç bunu da etmir.Mənə elə gəlirki mən heç Allaha marağlı da deyiləm.Allah Özü bəlkə məni azdırır?Ağlımdadı bu cur fikirlər.Bu cür olmaqdan necə qurtulum?
Cavab: 
Və aleykum Salam. Bu şeytanın hiylələrindəndir, çalışır ki, sizi ruh düşkünlüyünə salsın. Belə vəsvəsələrə əhəmiyyət verməyin. Quran oxuyun və Quranın səsli oxunuşuna qulaq asın. Bilin ki, Allah zalım deyil, əksinə Allah rəhimlidir. Allahın bir çox adları var ki, bağışlanma, rəhmət və məğfirətlə bağlıdır. Lakin, şeytan çalışır ki, Allaha aparan yoldan insanları ümidsizliklə, vəsvəsələri ilə azdırsın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) məşhur qüdsi hədisdə demişdir: "Uca Allah belə buyurdu: "Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim. Elə isə bir-birinizə zülm etməyin! Ey Mənim qullarım! Mənim doğru yola yonəltdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yonəldim. Ey Mənim qullarım! Mənim yedirtdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə Məndən yemək istəyin, Mən də sizi yedirdim. Ey Mənim qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə Məndən geyim istəyin, Mən də sizi geyindirim. Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım. Ey Mənim qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey Mənim qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz aranızdakı ən çox Allahdan qorxan adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümdən heç bir şey artırmaz. Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz aranızdakı ən günahkar adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümdən heç bir şey əskiltməz. Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr, Mən də onların hər birinin istədiyini versəm, bu, Mənim mülkümdən yalnız dəryaya batırılan iynənin əskiltdiyi qədər əskildər. Ey Mənim qullarım! Bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, özündən başqa heç kəsi qınamasın". (Muslim, 6737). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Allah məxluqatı ya­ratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid be­lə yazmışdır: "Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!" (əl-Bu­xari, 7404). Belə olan təqdirdə məyus olmağına dəyməz, əksinə sevinməliyik ki, biz belə Rəbbin qullarıyıq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "...Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir". (İmam Əhməd, 5/411). Digər hədisdə buyurur: "Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar". (Muslim, 2064). Hər bir müsəlman kimi sizin də dəyəriniz var. Sadəcə şeytandan gələn bu fikirlərdən uzaq olun. Daha ətraflı: 
Teqlər: 
Paylaş: