Bağ sahiblərinin əhvalatı
Uca Allah Qurani-Kərimdə Qureyş qəbiləsindən olan kafirlərə bağ sahiblərinin əhvalatını misal çəkir və bununla onlara böyük nemət və mərhəmət bəxş etdiyini xatırladır. Uca Allah onlara Muhəmməd peyğəmbəri – ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərmiş, onlar isə Allahın bu lütfünə qarşı çıxıb küfr etmişdilər. Ona görə də Uca Allah belə buyurur: “Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik” (əl-Qaləm, 17).