Quran
Quranın tərtibatı
Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular.
Ali İmran surəsinin son on ayəsinin izahı
Ali İmran surəsinin 190-200-cü ayələrinin izahı. Peyğəmbər bu on ayəni gecə namazına qalxdıqda oxuyardı. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri olduqda qalxıb yerində oturdu və göyə baxaraq: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” – ayəsini oxudu.
"əs-Saff" surəsinin izahı
əs-Saff (Səf) surəsinin izahı. Bu surənin nazil olması haqda rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: “Biz səhabələrdən olan bir camaat: “Hansı əməlin Allah üçün daha sevimli olduğunu bilsəydik, onu edərdik!”– deyərək bəzi əməllərdən danışırdıq. Bu səbəblə: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?
İsa peyğəmbər nə öldürüldü, nə də çarmıxa çəkildi
Uca Allah buyurur: "Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər.
"əl-Bəqərə" surəsinin ilk beş ayəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Əlif Ləm Mim. 2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. 3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; 4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. 5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
əl-Bəqərə (İnək) surəsinin ilk beş ayəsinin izahı
"əl-Munafiqun" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şahidlik edirik ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsil yalançıdırlar. 2. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! 3. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. 4. Sən onları gördükdə cüssələri sənə xoş gəlir, danışanda onların dediklərinə qulaq asırsan.