Quran təfsiri

"əş-Şəms" surəsinin izahı

    19.07.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə!  
1. And olsun günəşə və onun saçdığı şəfəqə!
2. And olsun ondan sonra zühur edən aya!
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4. And olsun günəşi bürüyən gecəyə!
5. And olsun göyə və onu qurana!
6. And olsun yerə və onu döşəyənə!
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Bağ sahiblərinin əhvalatı

    29.05.2015

Uca Allah Qurani-Kərimdə Qureyş qəbiləsindən olan kafirlərə bağ sahiblərinin əhvalatını misal çəkir və bununla onlara böyük nemət və mərhəmət bəxş etdiyini xatırladır. Uca Allah onlara Muhəmməd peyğəmbəri – ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərmiş, onlar isə Allahın bu lütfünə qarşı çıxıb küfr etmişdilər. Ona görə də Uca Allah belə buyurur: Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik” (əl-Qaləm, 17).

"Eşitdik və itaət etdik" deyənlərə müjdə!

    27.01.2015

İslam sözü boyun əymə, tabe olma deməkdir. Allahın təkliyini qəbul edib yalnız Allaha ibadət edən, həmçinin, Muhəmməd peyğəmbərin Allahın elçisi olduğunu və ona nazil edilən Quranın haqq olduğunu qəbul edən şəxs müsəlman sayılır. Kim Allaha və Onun elçisinə iman gətirər, Allahın öz elçisinə nazil etdiyi əmrləri qəbul edər və bacardığı qədər əməl edərsə, Uca Allah onun üçün dini asanlaşdırar. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək.

Pages