İslam fiqhi kitabını saytımızda oxuya bilərsiniz
Tərcüməçi: Abdurrahim Muradlı
Redaktor: Ramil Həsənov
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah göydə bir iş barəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bildirərək qanadlarını çarpırlar və bu vaxt elə bir səs gəlir ki, sanki bir topa zənciri qayaya çırpırlar. Nəhayət, “mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşurlar...” (Səba surəsi, 23).
Onlara belə cavab verilir: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!” (Səba surəsi, 23).
Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Ruzini yaradan və bəndələrinə bəxş edən yalnız Allahdır. O, ruzini hər kəsə - həm sevdiyinə, həm də sevmədiyinə, həm güclüyə, həm də zəif olana verir. Uca Allah buyurur:
“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)” (Hud, 6).
Uca Allah buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.
Elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma varlı adamların heç də hamısı özünü xoşbəxt hesab etmir. Bəziləri xoşbəxtliyi məşhurluq və ad-sanda görürlər. Halbuki, bəzən məşhur adamların intihar etdiyini görürük. Xoşbəxtlik həmçinin vəzifə, oğul-uşaq, elm və başqa şeylərdə də deyil. Alimlərin çoxunun rəyinə əsasən, xoşbəxtlik qəlb rahatlığındadır.
Bərəkət sözü çoxalma və artma deməkdir. Bərəkət bəndəyə verilən nemətin xeyirli olması və artırılmasıdır. Nemətləri yaradan, onları bəndələrinə bəxş edən və bərəkətli edən yalnız Allahdır. Uca Allah xeyir-bərəkəti öz peyğəmbərlərinə və mömin bəndələrinə bəxş edir. Uca Allah Qurani-Kərimi bərəkətli Kitab adlandıraraq belə buyurur:
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29).
Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Allahın nemətlərinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Allaha iman gətirən və Allahın yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Başqa növ şəhidlər vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz hədislərində onlar haqqında xəbər vermişdir.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: “Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir” (Ədəbul-Mufrəd, 865).
Digər hədisdə Peyğəmbər belə demişdir: “Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari, 6145).
Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:
İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir iş görmək istədikdə, göyə baxar və göydə gördüyü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz olacağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördükdə, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğursuzluq sayardılar.