müxtəlif
Nəmmamlıq etmək böyük günahdır
Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır. Uca Allah buyurur:
“İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” (əl-Qələm surəsi, 10-11-ci ayələr).
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Söz gəzdirən adam Cənnətə girməz!” (Səhih əl-Buxari, 6056).
Murdar şeylərdən təmizlənməyin üsulları
Hər hansı bir şeyin murdar olması haqda yalnız Qurani-Kərim və Peyğəmbərin səhih hədisləri əsasında qərar vermək olar. İslam şəriəti (qayda-qanunu) bizə murdar olan şeyləri bəyan etməklə yanaşı ondan təmizlənməyin üsullarını da öyrətmişdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Əgər nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək, yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır.
İslam sivilizasiyasının müasir elmin inkişafına verdiyi töhfələr
Müasir elmin və yeni texnologiyaların qeyri-adi sürətlə inkişaf etməsinin səbəbini başa düşmək istəyən, elm həvəskarı olan araşdırıcı, heç şübhəsiz, bu inkişafın İslam sivilizasiyasının təsiri ilə əlaqədar olması ilə razılaşar. Məhz, İslam sivilizasiyası bir sıra elm sahələrinin beşiyi olmuş və dünyaya bir çox tanınmış alim gətirmişdi.
Borcunu Allaha həvalə edən kişinin əhvalatı
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "(Bir gün) İsrail oğullarından olan bir kişi İsrail oğullarından olan bir nəfərdən min dinar borc istədi. Borc verən şəxs: "Şahidlərini gətir!"- dedi. O da: "Şahid olaraq Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs dedi: "Onda zamin gətir!" O da: "Zamin olaraq da Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs: "Sən doğru söylədin”- dedi və müəyyən bir müddətədək ona min dinar borc verdi. O, pulları götürüb dənizlə səfərə çıxdı.
Ey Rəbbimiz...
Uca Allah buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"
Allahın sevdiyi kəlmə
Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir. Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:
Hədiyyə dostluq və sevginin artmasına səbəbdir
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədiyyələşməyin sevgi yaradan şeylərdən olduğunu bildirərək bu əmələ təşviq etmişdir. Hədiyyələşmək, salam vermək, xəstələri ziyarət etmək, ehtiyac anında yardım etmək və digər əməllər insanlar arasında dostluq və sevgini artırır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir:
"Hədiyyə verin ki, bir-birinizi sevəsiniz". (əl-Beyhaqi).
“Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar”. (ət-Tabərani, Əbu Nuaym)
Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə
Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı.
İslam fiqhi kitabını saytımızda oxuya bilərsiniz
Tərcüməçi: Abdurrahim Muradlı
Redaktor: Ramil Həsənov









