müxtəlif

Dəccaldan qorunmağın yolları

    06.04.2014

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 

On bir qadının söhbəti

    06.03.2014

Rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə on bir qadın bir yerdə otu­rub öz ərlərinin barəsində olan xəbərlərdən heç bir şey gizlətməyəcəklərinə dair bir-birilərinə söz verdilər.
Birincisi dedi: “Mənim ərim dağın zirvəsində yer­ləşən cılız dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy deyilən şey yoxdur ki, kimsə gedib onu götürsün”.
İkincisi dedi: “Mən ərim haqqında danışmaq istəmirəm. Qorxuram onun haqqında danışmağa başlasam, onun bütün gizli və aşkar nöqsanlarını xa­tır­lamayınca dayanmayım.”

Ürəyin təmiz olması kifayətdirmi?

    29.08.2013

Tez-tez insanlar arasında belə bir ifadəyə rast gəlirik “ürəyim təmizdir, ibadət etmək nəyə lazımdır?!” Bunu deyən adam Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir. Həmin adama belə bir sual vermək olar: “Ürəyinin təmiz olmasını haradan bilirsən?” və ya “ürəyini nə ilə təmizləmisən?” Adətən həmin adam: “Mən heç kəsə paxıllıq etmirəm, heç kəsə qarşı pislik etmirəm!” - deyir. Şübhəsiz ki, paxıllıq etməmək və heç kəsə pislik etməmək ürəyin təmiz olmasından irəli gəlir.

Pages