nümunə insanlar

Peyğəmbərin sevimli nəvəsi

    04.11.2014

Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur.

Kəb ibn Malikin tövbəsi

    10.10.2014

Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Pey­­ğəm­bərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyü­şündən yayınm­a­ğıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınama­mış­dı. Çünki o zaman Peyğəm­bər döyüşə yox, Qureyş karvanının yolunu kəs­mək üçün çıx­mışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşat­mağa dair Pey­ğəm­bə­rə beyət etdik.

Kəbəni kim tikmişdir?

    18.09.2014

İbn Abbas rəvayət edərək demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi.

Salman Farisinin əhvalatı

    12.09.2014

Salman Farisi başına gələnləri belə rəvayət etmişdir: “Mən İsfahanda – Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri var idi.

Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.

Ömər Muxtar kimdir?

    28.07.2014

Ömər Muxtar ibn Ömər ibn Fərhad 1861-ci il 20 avqust tarixində Tripolitaniya əyalətinin Cənzur kəndində doğulmuşdur. İlk təhsilini babasından almışdır. Babası 1878–ci ildə həcc ibadəti zamanı vəfat etdikdən sonra onu və qardaşı Muhəmmədi böyütməyi babasının yaxın dostu Şərif əl-Giryani öz üzərinə götürmüşdür. Giryani Ömər Muxtarı və qardaşını Cağbubdakı İslam Elmləri Akademiyasına yazdırmış və o burada səkkiz il dini təhsil almışdır. Təhsilini tamamladıqdan sonra Kasur zaviyəsinin (qəzasının) rəhbərliyinə gətirilmiş, daha sonra şimaldakı Ayn-Kalak zaviyəsinin idarə heyətinə seçilmişdir.

Yada sal!

    27.07.2014

"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

“Sirrin sahibi” ləqəbli səhabə

    27.07.2014

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. “Sirrin sahibi” ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: “Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: “Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!”– dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu.
Əbu Dərda ondan: “Kimlərdənsən?”– deyə soruşdu.

Talutun əhvalatı

    19.07.2014

Talut - Allahın İsrail oğullarına təyin etdiyi hökmdar olmuşdur. O, əməlisaleh, mömin bəndə idi. Uca Allah ona güclü bədən quruluşu və idarəetmə bacarığı bəxş etmişdir. Talut qoşun toplayaraq Calutun qoşununa qarşı döyüşə çıxdı. Möminlər Allahın yardımı sayəsində düşməni darmadağın etdilər. Qoşunun tərkibində döyüşən Davud peyğəmbər Calutu öldürdü. Uca Allah bu haqda buyurur:
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!"

Pages