Əli ibn Əbu Talib
Əbu Turab, yaxud Əbu Sibteyn, yaxud da Əbul-Həsən, Əli ibn Əbu Talib ibn Abdul-Müttəlib fil ilindən otuz il sonra – yəni, Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verilməmişdən on il əvvəl dünyaya gəlmiş, İslam dinini ilk əvvəl qəbul etmiş səhabələrdəndir. O, Peyğəmbərin həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz və reyhan qoxulu nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib, Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur.