Son məqalələr
Doğru yolun misalı
Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
“Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolunuzdan sapmayın!”
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapılardan birini açdıqda, belə deyir:
“Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən”. (Bundan sonra Allah Elçisi bunları açıqlayaraq buyurdu:)
İbrahim peyğəmbər haqqında
Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.
Fatimə haqqında
Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun!
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.
Müdrik Loğmanın oğluna nəsihəti
Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:
Din nəsihətdir!
Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır. Bu haqda Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – “Din nəsihətdir” deyə buyurmuşdur. Nəsihət sözü “nush” sözündən əmələ gələrək xalis, qatqısız olan bir şeyə deyilir. Ərəblər bal və ona bənzər şeylərin yad maddələrdən təmiz tutulması üçün istifadə etdikləri bu sözü həm də söz və davranışın pis əməllərdən təmizlənməsi üçün istifadə etmişlər. Həmçinin, bu söz tikmək mənasını ifadə edir. Dərzi paltarın korlanan yerlərini tikib yamadığı kimi nəsihət edən də nəsihət etdiyi adamın qüsurlarını düzəldir.
Yusuf peyğəmbərin həyatı
Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbrahimin oğlu İshaq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möhtərəm peyğəmbərdir, özü də möhtərəm peyğəmbərin oğludur, atası da möhtərəm peyğəmbərin oğludur, babası da möhtərəm peyğəmbərin oğludur.” (əl-Buxari, 3382).
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.









