Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Musa öz Rəbbindən soruşdu: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”
Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək.
O da: “Ey Rəbbim, necə daxil olum ki, artıq insanlar gəlib öz yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək.
Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkə sahib olmağa razısan?”- deyiləcək.
O da: “Razıyam, ey Rəbbim!”- deyə cavab verəcək.









