Qadınlar və ailə

Hicab - azadlıqdır!

    18.02.2015

Hicabın Allahın əmri olması

Uca Allah Qurani kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl Әhzəb, 59).

Məryəm haqqında

    13.02.2015

Məryəm - Uca Allahın Quranda "təmizlənmiş və seçilmiş", Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) "kamilliyə çatmış" kimi vəsf etdikləri, dünyaya gəlib-getmiş qadınlar içərisində ən fəzilətli, üstün olanlardan biridir. O, həmçinin Allahın möcüzəsi sayəsində İsa peyğəmbəri (Ona Allahın salamı olsun) atasız dünyaya gətirmişdir. Məryəmin atası İmran və anası Hənnə çox ibadət edən və saleh kimsələr idi.

Allahdan qorx, səbirli ol və tələsmə!

    30.10.2014

Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaq həddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: “Mənim üçün hazırlıq gör, elm dalınca gedəcəyəm!”- dedi. O da onun üçün hazırlıq gördü.

Qohumluq əlaqələrini kəsməkdən çəkinin!

    29.07.2014

İmkan daxilində qohum-əqrəbaya yaxşılıq etmək, onlara əl tutmaq, qarşılaşdıqda on­la­ra sa­­lam vermək, onları ziyarət etmək və başqa bu kimi haqlarını ödəmək hər bir müsəl­manın borcudur. Uca Allah buyurur:
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1).

Fatimə haqqında

    16.06.2014

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun! 
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.

Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

Ən fəzilətli qadınlar kimlərdir?

    17.04.2014

      İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”.

Xoşbəxtliyin üç əlaməti

    16.03.2014

Allah Elçisi salləllahu aleyhi və səlləm buyurmuş­dur: “Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətləridir. Xoşbəxt­liyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməli­saleh qadın olsun, onu görərkən halın daha xoş olsun. Ondan ayrı düşdük­də isə həm ondan, həm də əmlakından arxayın ola biləsən.
(İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə; geniş və çox xidmətli mənzilə sahib olmaqdır.

Pages