Son məqalələr

Namaz qılmayan Cənnətə girə bilərmi?

    27.09.2014

Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər. Halbuki Uca Allah namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişdir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).

Allah Rəsulunun dolanışığı necə idi?

    26.09.2014
səhra

Ömər ibn Xəttab demişdir: Bir gün mən Rəsulallahın (salallahu aleyhi və səlləm) yanına gəlib onun həsirin üstündə uzandığını, başını içi xurma lifi ilə doldurulmuş bir yastığa söykədiyini və həsirin də onun böyrünə iz saldığını gördüm və ağlamağa başladım. Rəsulullah məndən: "Niyə ağlayırsan?" deyə soruşdu. Mən dedim: "Xosrov və Qeysər (Fars və Rum padşahları) cah-cəlalləq içində yaşayır, sən isə Allahın rəsulu olduğun halda belə acınacaqlı vəziyyətdə yaşayırsan". Onda Rəsulullah dedi: "İstəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?!" (Buxari, 4532)

Peyğəmbərin südü çoxaltmaq möcüzəsi

    21.09.2014

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Özündən başqa məbud olma­yan Allaha and olsun ki, mən bəzən aclıqdan qarnımı yerə dayayardım, bəzən də aclığı hiss etməyim deyə qarnıma daş bağlayardım. Bir gün mən (müsəl­man­­ların) gedib-gəldiyi yolun üstündə oturdum. Elə bu vaxt Əbu Bəkr gəlib ya­nım­dan keçdi və mən ondan Allahın Kitabındakı bir ayə haqqında soruş­dum. Ona sual verməkdə (məqsədim) ancaq bu idi ki, o, (aclıqdan əziyyət çək­di­yi­mi görüb) mənə yemək versin. Lakin o çıxıb getdi və mənə heç nə vermədi.

Peyğəmbərə ilk dəfə vəhy gəlməsi

    21.09.2014

Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə gö­tü­rüb xəl­­və­­tə çəki­lərdi). Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi.

Kəbəni kim tikmişdir?

    18.09.2014

İbn Abbas rəvayət edərək demişdir: “Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi.

Bəd əlamətlərə inanma!

    15.09.2014

İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir iş görmək istədikdə, göyə baxar və göydə gör­dü­yü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz ola­cağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördük­də, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğur­suzluq sayardılar.

Salman Farisinin əhvalatı

    12.09.2014

Salman Farisi başına gələnləri belə rəvayət etmişdir: “Mən İsfahanda – Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri var idi.

Sizə salam olsun!

    05.09.2014
     Hər gün yer üzərində yaşayan bütün insanlar bir-biri ilə qarşılaşdıqda müəyyən sözlərdən istifadə edərək salamlaşırlar. Hər bir xalqın öz dilində olan sözlərlə salamlaşma qaydası vardır. Yer üzərində yaşayan müsəlmanlar irqi və milli mənsubiyyətindən asılı olmayaraq eyni sözlərdən istifadə edərək bir-birilərinə salam verirlər. Bütün müsəlmanlar Allahın buyurduğu kimi "əs-Səlamu aleykum" deyərək salam verir və bunun müqabilində "və aleykumus-Sələm" cavabını alırlar. Biz də müsəlman milləti olaraq qədim dövrlərdən bu günədək Allahın salamı ilə bir-birimizi salamlayırıq.

Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.

Pages