Bəd əlamətlərə inanma!
İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir iş görmək istədikdə, göyə baxar və göydə gördüyü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz olacağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördükdə, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğursuzluq sayardılar.