Son məqalələr

İbrahim peyğəmbər haqqında

    20.06.2014

Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.

Fatimə haqqında

    16.06.2014

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun! 
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.

Müdrik Loğmanın oğluna nəsihəti

    12.06.2014

Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:

Din nəsihətdir!

    03.06.2014

Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır. Bu haqda Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – “Din nəsihətdir” deyə buyurmuşdur. Nəsihət sözü “nush” sözündən əmələ gələrək xalis, qatqısız olan bir şeyə deyilir. Ərəblər bal və ona bənzər şeylərin yad maddələrdən təmiz tutulması üçün istifadə etdikləri bu sözü həm də söz və davranışın pis əməllərdən təmizlənməsi üçün istifadə etmişlər. Həmçinin, bu söz tikmək mənasını ifadə edir. Dərzi paltarın korlanan yerlərini tikib yamadığı kimi nəsihət edən də nəsihət etdiyi adamın qüsurlarını düzəldir.

Yusuf peyğəmbərin həyatı

    30.05.2014

Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbra­himin oğlu İs­haq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möh­tərəm peyğəmbərdir, özü də möhtə­rəm peyğəmbərin oğlu­dur, atası da möhtərəm peyğəmbərin oğ­lu­dur, babası da möhtə­rəm peyğəmbərin oğlu­dur.” (əl-Buxari, 3382).  
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.

Uhud savaşı haqqında

    27.05.2014

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi.  Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular.

Vəhşinin hekayəsi

    27.05.2014

Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”

Özünüzü Oddan qoruyun!

    27.05.2014

Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanın­da olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən qul­durlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kə­sən qul­durlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafi­zəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq.

Pages