Allahın "əl-Həfiz" adının mənası
əl-Həfiz sözü hifz edən, qoruyan deməkdir. Uca Allahın əl-Həfiz adı Qurani-Kərimdə üç yerdə zikr edilir. O buyurur: “Şübhəsiz ki, Rəbbim hər şeyi mühafizə edir” (Hud, 57). “Sənin Rəbbin hər şeyi mühafizə edəndir” (Səba, 21). “Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir” (əş-Şura, 6).