Özünüzü Oddan qoruyun!
Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq.









