Son məqalələr

Qiyamət gününədək qorunan Kitab

    23.03.2014

      Əzəmətli Quran özündən əvvəlki ilahi kitablar kimi dəyişkənliyə məruz qalmamışdır. Uca Allah Quranı təhrif olunmaqdan qorumuşdur. O buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Yəni, biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın".

Sirat körpüsü nədir?

    22.03.2014

      Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:

Tərəzi haqqında

    21.03.2014

      Axirətə iman gətirməklə bağlı digər bir məsələ də Qiyamət günü tərəzinin qoyulacağına iman gətirməkdir. Burada bir dili və iki gözü olan həqiqi tərəzi nəzərdə tutulur. Həmin tərəzidə insanların əməlləri çəkiləcək, zərrə qədər yaxşı və pis işləri hesaba alınacaqdı. Uca Allah buyurur:
“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir” (əl-Ənbiya, 47).

Səhabələr kimlərdir?

    21.03.2014

Səhabə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir.

Şirk nədir?

    18.03.2014

Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, Peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar". (Yusuf, 106).

Əməllər necə yazılır?

    18.03.2014

Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurdu: “Əgər qulum bir yaxşı əməl etmək qərarına gəl­sə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən ona bunun on mislində savab yaza­ram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bun­dan vaz keçərsə, Mən onun bu pis niyyətini bağışlayaram. Hər­gah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yaza­ram”.
Allah Elçisi buyurdu: “Mələklər dedilər: “Ey Rəb­bimiz! Sənin bu qulun günah etmək istəyir”.

Mələklərin vəzifələri

    18.03.2014

      Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bilmələri üçün onlara qüdrət vermişdir. Bu vəzifələr müxtəlif qismlərə bölünür:
 
Mələklərdən eləsi vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Peyğəmbərimizin Taif şəhərinə gedərək taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə danışılır. Həmin hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə demişdir:

Can alan və sorğu-sual edən mələklər

    18.03.2014

      Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).
Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur:

ən-Nəsr surəsinin izahı

    18.03.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Allahın köməyi və qələbə gəldiyi zaman,
2. insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3. həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

Ən üstün mələklər

    17.03.2014

      Mələklərdən yağış yağdırıb bitkiləri yetişdirmək vəzifəsi tapşırılan mələk vardır. Bu, Mikail adlı mələkdir. Uca Allah buyurur:
“Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir” (əl-Bəqərə, 98).

Pages