Son məqalələr
Ey insanlar!
Uca Allah buyurur:
“De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).
Allaha yaxın olan möminlər kimlərdir?
Uca Allah buyurur: "Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!"- deyərlər.
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
Onlar deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!"
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
Ulduz falına inanmaq küfrdür
Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər.
Dəccaldan qorunmağın yolları
Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir:
Quranla müalicə
Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin - ona Allahın salamı və salavatı olsun - istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr (Allah onlardan razı olsun) də ruqya edərdi. Uca Allah buyurur:
Hər zaman bar verən ağac
Uca Allah buyurur: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar”. (İbrahim, 24-25).









