Dəccalın fitnəsi
Nəvvas ibn Səman demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. Təkrarən onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik”. O dedi: “Sizin üçün Dəccaldan başqa şeylərdən daha çox qorxuram.