Son məqalələr

Tövhid nədir?

    13.11.2013

Uca Allah buyurur: "Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onlar fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (əl-Ənbiyə, 22).

Rəbbimiz Allahdır!

    09.11.2013

Rəbb sözü hökmdar, itaət olunması gərəkən rəhbər, islah edən deməkdir. Allah gördüyü işlərdə tək olan Hökmdardır. Bu işlərə yaratmaq, ruzi vermək, hökmranlıq etmək, nemət vermək, mülk sahibi olmaq və hökm verməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər bir bəndə bunlara iman gətirməlidir. Uca Allah buyurur:

Hər kəsə lazım olan iman

    06.11.2013

Məhz düzgün iman sayəsində həm bu dünyada, həm də Axirətdə xeyir qazanmaq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayəsində insan xoşbəxt və firavan həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilikdən canını qurtarır, üstəlik heç vaxt yoxa çıxmayacaq və puç olmayacaq axirət savabına, əbədi nemətlərə və tükənməz xeyir-bərəkətə nail olur.

İbadət nədir?

    06.11.2013

Uca Allahın sevib razı qaldığı bütün söz və əməllər ibadətdir. Uca Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56).

Yəhudilərin Cəbrailə düşmənçiliyi

    05.11.2013

İbn Abbas rəvayət edir ki, yəhudilər Peyğəmbərin yanına gəlib dedilər: “Ey Əbul Qasim! Biz səndən beş şey barəsində soruşacağıq. Əgər soruşacaqlarımız haqda bizə doğru xəbər versən, sənin Peyğəmbər olduğunu yəqin edərik və sənə tabe olarıq. Peyğəmbər onlardan, Yəqubun öz övladlarından əhd aldığı kimi əhd aldı. Onlar: “Allah bizim dediklərimizə şahiddir!”– dedilər. Peyğəmbər: “Soruşun!”– dedi. Onlar dedilər: “Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver». Peyğəmbər dedi: “Peyğəmbərin gözləri yatsa da, qəlbi həmişə oyaq qalır».

Ey qövmüm! Allaha ibadət edin!

    05.11.2013

Uca Allah buyurur: “Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?" Qövmünün kafir zadəganları dedilər: "O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!" O dedi: "Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!" Biz ona vəhy etdik: "Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt.

Həcər haqqında

    05.11.2013

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “İbrahim yalnız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzəmətli Allah üçün idi. Birinci dəfə o demişdir: “Mən xəstəyəm!”. İkinci dəfə isə demişdir: “Xeyr, bunu onların bu böyüyü etmiş olar”. Üçüncü hadisə isə belə olmuşdur: “Bir gün İbrahim zövcəsi Sara ilə qəddar padşahlardan birinin məmləkətinə gəldikdə padşaha xəbər verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var”. Padşah qadının kim olduğunu öyrənmək üçün onun yanına adam göndərdi.

Üç nəfərin imtahanı

    05.11.2013

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Vaxtı ilə Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk insan qiyafəsində əvvəlcə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi.

Biz insanı ən gözəl surətdə yaratdıq! (ət-Tin surəsi)

    28.10.2013

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun əncirə və zeytuna!
2. And olsun Sinay dağına!
3. And olsun bu təhlükəsiz şəhərə!
4. Biz insanı ən gözəl surətdə yaratdıq!
5. Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq.
6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8. Məgər Allah hakimlərin ən üstünü deyilmi?

İbadətə layiq olan yalnız Allahdır

    27.10.2013

Kainatdakı yaradılmışlar haqqında düşüncələr insanı yalnız Allaha ibadət etməyə yönəldir. Kainatı yaradan və idarə edən, göyləri və yeri saxlayan, göydən ruzi göndərən, həyat verən və ölüm göndərən Allahdır. Buna görə də ibadətə layiq olan da yalnız Odur. Uca Allah buyurur: “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşədi, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.

Pages