İbadətə layiq olan yalnız Allahdır
Kainatdakı yaradılmışlar haqqında düşüncələr insanı yalnız Allaha ibadət etməyə yönəldir. Kainatı yaradan və idarə edən, göyləri və yeri saxlayan, göydən ruzi göndərən, həyat verən və ölüm göndərən Allahdır. Buna görə də ibadətə layiq olan da yalnız Odur. Uca Allah buyurur: “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşədi, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.









