Qadınlar xüsusi günlərində dua və zikr edə bilərlər?

    12.07.2016
Sual: 
Qadinlar xususi gunlerinde dua efib zikr ede biler
Cavab: 
Salam aleykum. Heyz olan qadın dua və zikr edə bilər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, biz həcc ziyarətini yerinə yetirmək məqsədilə yola çıx­dıq. (Nəhayət,) gəlib Sərifə (Məkkənin on bir kilometrliyində yerləşən yerdir) çatdıqda mən heyz oldum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mə­nim yanıma girib ağladığımı gördü və: "Sənə nə olub? Yoxsa heyz olmusan?" - de­yə soruşdu. Mən: "Bəli!" - deyə cavab verdim. O dedi: "Bu, Allahın Adəm qız­la­rı üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, hacıların yerinə ye­tirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir. Yalnız Kəbəni təvaf et­mək­dən başqa". (Səhih əl-Buxari, 294).
Daha ətraflı: Qadın heyz halında nələri edə bilməz?
Teqlər: 
Paylaş: