105. əl-Fil surəsi

"Fil" surəsi, 5 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?

3. Onların üzərinə qatar-qatar quşlar göndərdi.

4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.

5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.