İblis Adəmlə bir yerdə Cənnətdə olubmu? Cənnət haradadır?

    31.10.2016
Kimdən: 
B
Sual: 
Salamu aleykum.Adəm və Həvvanın çıxarıldığı cənnət möminlərə vəd edilən cənnətdirsə,o zaman 1.Bu cənnətdə iblisin nə işi var? 2.Bu cənnət Qurana görə əbədi olduğu halda onlar oradan necə çıxardıldı? 3.Bu cənnət Qurana görə dünyadakı əməllərin mükafatı olaraq verilmişdir.O halda Adəm və Həvva ağac ilə sınanmaqdadır?Bildiyimizə görə cənnətdə heç bir günah işlənmir...Quranda cənnət üstü örtülü yer mənasına da gəlir.Yəni Adəm və Həvvanın çıxarıldığı cənnət dünyadakı bir bağça olduğu görünür.Düzünü Allah bilir
Cavab: 

Və aleykum Salam. 

1. İblis əvvəllər Cənnətdə olub, Adəm yaradıldıqda ona səcdə etmədiyi üçün Cənnətdən qovulub. Adəm və Həvvaya isə kənardan vəsvəsə verib, kənardan onları görməsi kimi. Uca Allah buyurur: "Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq və Haqq-hesab gününü yalan hesab edərdik – ölüm yəqinliyi bizə gələnə qədər". (əl-Muddəssir, 40-47). Bu ayədə Cənnət və Cəhənnəm əhlinin bir yerdə olmadıqlarına baxmayaraq söhbət edə bilmələri bildirilmişdir. Həmçinin, oxuyun: Adəm peyğəmbərin olduğu Cənnət harda idi?

2. Cənnət əbədidir, lakin Uca Allah Adəm və Həvvanı imtahan etdi, onlar Allahın əmrinə asi olduqları üçün Cənnətdən yerə endirildilər. Lakin Uca Allah bildirib ki, ona şərik qoşmadan ibadət edənləri yenidən Cənnətə daxil edəcək. "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər" (əl-Bəqərə, 38)
3. Adəmin olduğu Cənnət əbədi olan Cənnətdir və dünyadakı hansısa bağça deyil, bunu yuxarıdakına bənzər bir çox ayələr sübut edir. Daha ətraflı: Adəm peyğəmbərin olduğu Cənnət harda idi?

Paylaş: