Namazdan sonra etdiyim zikrlər düzdürmü?

    02.11.2016
Kimdən: 
mahire
Sual: 
Eselam elykum men namza baslmsam 2aydir Allah her kese qismet etsin namzin birnci ruketinde fatihe ixlas nas ve feleq suresin oxyuram bu yol baglligin acirmi? birde namazin rukletrnden sorna salmdan ve salvatdan sora yene bu serelri ve ayet kusrsusun oxyram daha sora dua edirem ve Allahi zikir edirem duz edirem? bu seurelr cadunu yox edir?
Cavab: 

Və aleykum Salam.
1. Namazın birinci və ikinci rükətlərində Fatihə surəsindən sonra istənilən bir surə oxunur. Bu sünnəyə daha münasibdir. Məsələn, Fatihə və İxlas surələri. Lakin, namaz qılmaq hər şeyin yaxşı olacağı demək deyil. Allah insanı müxtəlif sınaqlara çəkir. Daha ətraflı: Allah insanları hansı şəkildə imtahan edir?
2. Siz düz edirsiniz. Namazdan sonra müxtəlif zikrlər var. Amma duaları namazın içində , səcdələrdə və salamdan qabaq etmək lazımdır . Namazı bitirdikdən sonra isə zikrlər deyilir. Daha ətraflı: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
3. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: