Atam məni incitdiyinə görə onunla mübahisə edirəmsə, halallıq almalıyam?

    11.11.2016
Sual: 
Salam.Əvvəlcə sualıma görə üzr istəyirəm.Bu sualı əvvəldə vermişdim ama tam şəkildə yazmamışdım.Atamla anamın 1 uşağı olub.Ondan sora anam 2-ci uşağa hamilə qalanda atam zornan abort elətdirib.Sora anam mənə hamilə qalanda mənidə abort elətmək istəyib ama anam zor güc ilə eləmiyib.Atamda indi mənə qarşı çox haqsızlıqlar eləyir,ürəyimi çox sındırır.O dərəcədə pis rəftar eləyirki artıq ona qarşı tənmiz soyumuşam.Özümü çox saxlayıram ama dözməyib hərdən onunla dalaşıram.Mənə elə söxlər deyirki...Mən indi bu cür atadan da halallıq almalıyam? Onun mənim üzərimdə haqqı varmı??Birdəki anam məcburən abort elətdirim.Buna görə günah qazanır??
Cavab: 

Və aleykum Salam. Atanız sizin haqqınıza girirsə, buna görə günah qazanır. Qiyamət günü hər kəs ona zülm edəndən öz haqqını alacaq. Amma siz günah qazanmamaq üçün onunla mübahisə etməyin və Allah üçün, savabını Allahdan istəyərək səbirli olun. Daha ətraflı:
Ata-ananı incitməyin günahı barədə
Qul haqqı barədə

Qəzəblənməmək üçün nə edim?

Teqlər: 
Paylaş: