Qurani Kərimdə namaz qılmağın qaydalarına dair hər hansı bir məlumat varmı?

    03.11.2016
Sual: 
NAMAZ GILMAG GAYDALARI GURANDA GÔSTERILIB?
Cavab: 

Salam aleykum. Quranda namaz qılmaq qaydaları barədə məlumat verilməyib. Quranda sadəcə namazın vacibliyinə, gündə neçə vaxt qılınmasına və namazda rükünun, səcdənin olmasına dair dəlalət edən bəzi ayələr var. Ancaq, Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsində bu barədə geniş və əhatəli məlumat verilib. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ancaq vəhy əsasında danışır. Necə ki, Uca Allah buyurmuşdur: "And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi". (ən-Nəcm, 1-5). Namaz qılmaq qaydaları haqqında daha ətraflı bu linkə daxil olun: Namaz qılmaq qaydası - VİDEO 

Teqlər: 
Paylaş: