Şəfa və cadudan qorunmaq məqsədilə yeməyə Quran ayələri oxumaq olarmı?

    17.11.2016
Sual: 
Salam əleykum,şəfa üçün,xəstəlikləri,göz dəyməni,sehri təmizləmək üçün hazır yeməyə Fatihə,ayətəl kürsü,bəqərə,ixlas,fələq,nas sürəsi deyib üfürmək olarmı ki bütün ailə yeyib bundan faydalansın?
Cavab: 

Və aleykum Salam. Quran ümumilikdə bütün möminlər üçün bir şəfadır. Necə ki, Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82). İslam alimləri müəyyən surələri, ayələri və duaları ruqyə məqsədi ilə yeməyin içinə yox, suya oxuyub içmək və yaxud ətrafa çiləməyə icazə vermişlər. Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: